Xudayarın büstünü hazırlayan rəssam:“...Üzündəki təbəssümü düşünürdüm”

“Şəhidin ifasından təsirləndim.Onu bu kompozisiyada göstərmək istədim və göstərdim”

“Büstü hazırlayarkənXudayarın üzündəki təbəssümü düşünürdüm”



"Sherg.az" şəhid Xudayar Yusifzadənin büstünü hazırlayan Rəssamlıq Akademiyasının 2-ci kurs magistr tələbəsi Jalə Əliyeva ilə müsahibəni təqdim edir

-Heykəltaraşlıq bacarığına necə yiyələndiniz?

-Bu sənət mənim həyatımdır, işimi və işləməyi sevirəm. 8 ildir ki, bu sənətdəyəm. Və ömrümün sonuna kimi də yaratmaqla məşğul olacağam.

-Necə oldu ki, qəhrəman şəhidimizin büstünü hazırlamaq qərarına gəldiniz?

-Şəhidin ifasından təsirləndim. Xudayar hər kəs kimi məni də təsirlədirmişdi. Onu bu kompozisiyada göstərmək istədim və göstərdim. Onun büstünü hazırlamaq çox xoş bir hissdir. Və düşünürəm ki, bu, mənim borcum idi.

-Büstü hazırlayarkən nələri düşünürdünüz?



- Sadəcə Xudayarın üzündəki təbəssümü...

- Büstü 3-4 saata hazırladığınızı qeyd etmisiniz.  Belə çətin işi necə az müddətdə başa çatdırdınız?

-İçimdən gəldi və başladım. İş çox rahat gedirdi və mən istədiyim nöqtədə dayandım. Amma davam da edə bilərəm. Çünki iş gil üzərindədir, hələ ki, üzərində işləmək mümkündür.

-Görünür, Xudayarın şəhadəti sizə çox pis təsir edib. Başqa şəhidlərimiz üçün də büst hazırlamısız, yoxsa, bu, ilkdir?

-Xudayar Yusifzadədən əvvəl Dövlətzadə Cəbrayılın büstünü hazırlamışdım. Və Xudayardan sonra da bacardığım qədər şəhidlərimizin büstlərini hazırlamağa davam edəcəyəm... 

Ağarza Elçinoğlu