Həmsədrlərin regiona səfəri əhəmiyyətsizdir

Müharibə bitib, sərhədlərin məsələsi də iki dövlət arasında həll olunacaq

“ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəlir. Yəqin ki, Azərbaycan və Ermənistanda nəyi müzakirə edəcəkləri onların özü üçün də bəlli deyil”.

Bu sözləri “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Azərbaycan və Ermənistanla sərhəd məsələləri iki ölkə arasında həll edilir. Minsk qrupunun kurasiyasında bu məsələ yoxdur:



“Qarabağla bağlı məsələyə gəldikdə isə burada Ankara-Bakı və Moskva formatı davam edir. İmzalanan bəyannamə var. Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdən erməni hərbi birləşmələr çıxarılmalı, azərbaycanlılar geri qayıtmalıdır. Burada Minsk qrupunun hər hansı bir iş görəcəyi, prosesə töhfə verəcəyi mümkün deyil. 

Çalışacaqlar ki, ermənilərə dəstək verilsin və silahlı erməni birləşmələri ərazidən mümkün qədər çıxmasın. Ona görə də Azərbaycan artıq bu formata son verməlidir. Ermənistan Minsk qrupunun fəaliyyətində maraqlıdır. Azərbaycan üçünsə bu məsələ bitib”.