Bakıdakı paradı görüb ermənilər bir daha sındılar

Sosial şəbəkə istifadəçiləri Paşinyana təhqirlər yağdırıblar

“Bakının Azadlıq meydanında keçirilən Zəfər paradını Ermənistan cəmiyyəti də diqqətlə izləyib. Erməni KİV-ləri və sosial şəbəkə istifadəçiləri bizim paraddan görüntülər paylaşıblar”. 

Bu barədə tanınmış araşdırmaçı-jurnalist, aparıcı Bəybala Mirzəyev feysbuk səhifəsində yazıb. Jurnalist bildirib ki, paradı izləyən erməni sosial şəbəkə istifadəçiləi rüsvayçı məğlubiyyətə görə Nikol Paşinyanı növbəti dəfə kəskin tənqid atəşinə tutublar: “Ermənilər arasında populyar olan “Armenia Vendetta” qrupunun üzvlərindən biri isə belə yazıb: 

- Türkiyə Prezidenti Ərdoğan Ənvər Paşanın ruhunun şad olduğunu, Azərbaycan Prezidenti İlham Əliyev isə İrəvan, Göyçə və Zəngəzuru tarixi Azərbaycan torpaqları adlandırır. Ermənistanda isə bu zaman balaca, keçəl, çəlimsiz, hər şeyi uduzmuş, it kimi qorxan şəxs hakimiyyətini əldə saxlamaq üçün hər cür vasitəyə əl atır.

Özünü minlərlə silahlı şəxslə əhatə edib. Paradımızı qəzəblə qarşılayan bir çox ermənilər paradı canlı yayımlayan Türkiyə və Azərbaycan kanallarının rəy bölümlərində təhqir və nifrət dolu fikirlər yazıblar.

Lakin bizim vətənpərvər gənclərimiz tutarlı cavabları ilə hayları susdurublar. Məğlubiyyətin dadı həqiqətən də çox acı olur. Ermənilər isə hələ də öz məğlubiyyətlərini qəbul edə bilmirlər”.