Birinci vitse-prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. 
Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında etdiyi paylaşımda deyilir:
“Bu gün - 12 dekabr müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram”.