"Oğurluq edərdim, bank soyardım" - İrem Derici


Türkiyəli müğənni İrem Derici aparıcı Özgür Arasın "YouTube"da yayımlanan verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, sənətçi proqramda aparıcının "Eşidilməyəcəyini bilsəydiniz, hansı cinayəti törədərdiniz" sualına belə cavab verib:

"Oğurluq edərdim, Mərkəzi Bankı soyardım. Keçmiş sevgililərimi qaçırıb, bir evə qapadardım. Onlarla münasibətim bitsə də, gözəl bir xanmı qollarında görəndə dəli oluram. Həyatlarını mənimlə bitirməlidirlər".