Ermənilərin təhlükəsizliyini sülhməramlı qüvvələr təmin etməlidir, terrorçular yox

 "Azərbaycan ərazisində bir dənə də olsun silahlı erməni qalmasına imkan verməməlidir"

"Günlərdir Xocavənd istiqamətində silahlı erməni birləşmələri ilə Azərbaycan ordusu arasında postların olduğunu və bunun riskli, qəbulolunmaz olduğunu qeyd edirdim".

Bu barədə "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitik bildirib ki, oradakı silahlı erməni əsgərləri təhlükəsizlik üçün risklidir və Rusiya onları bu ərazilərdən uzaqlaşdırmalıdır:

"Bu ərazilərdə təmas xətti olmamalıdır və burada Rusiya sülhməramlı qüvvələr yerləşdirilməlidir. Bəs Rusiyanın missiyası nədən ibarətdir Xankəndində oturan terrorçu Arayik Arutunyanın, Vitalı Balasanyanın əsas işləri Azərbaycan əsgərlərinə qarşı diversiya hazırlamaqdır. Onları Xankəndində məhv etmək lazımdır, ya da buradan qovulmalıdırlar".

Siyasi şərhçiyə görə, rəsmi Bakının öz ultimatumunu çatdırımağın vaxtıdır:

"Rusiya ilə bu məsələlər həll edilməlidir. Hadrut istiqamətində Azərbayan əsgərlərinə qarşı ermənilərin təxribatı davam edə bilər. Onların orada fəaliyyəti terroçuluqdan ibarədir.  Ermənilərin təhlükəsizliyini sülhməramlı qüvvələr təmin etməlidir, terrorçular yox. Atəşkəsə Monitorinq Mərkəzi məhz belə bir atəşkəsin qorunması üçün qurulur. Ümumiyyətlə Rusiya sülhməramlı kimi öz missiyasını burada həyata keçirə bilmir. Orada erməni silahlı birləşmələrini qorumaqla Azərbaycana qarşı diversiya hərəkətlərini görməzlikdən gəlir.  Rusiya buradakı silahlı erməni birləşmələrini çıxara bilmirsə, Azərbaycan anti-terror əməliyyatları keçirməli və oradakı erməni silahlı birləşmələrini tamamilı məhv etməlidir. Azərbaycan ərazisində bir dənə də olsun silahlı erməni qalmasına imkan verməməlidir".