Qarabağda mini toqquşmalar dövrü başladı  - Politoloq 

"Azərbaycanın qurbanlara görə antiterror əməliyyatları keçirməsi tam haqqıdır"

“10 noyabr razılaşmasının ermənilər tərəfindən pozulacağı böyük ehtimal olsa da, bu qədər tez baş verəcəyini gözləmək olmazdı”.
Sherg.az-ın məlumatına görə, bunu politoloq Əziz Əlibəyli deyib.  O bildirib ki, amma çoxsaylı faktorların gedişində Qarabağda mini toqquşmalar dövrü başladı:

“Birincisi, DQ toqquşma tərəfi Ermənistan dövləti deyil, ermənilərdən ibarət terrorçu qruplarıdır. İkincisi, Rusiya sühlməramlı missiyasının əsas vəzifəsi sülhü təmin etməklə yanaşı, meşələrdə gizlənən erməni terrorçu şəbəkəsinin də zərərsizləşdirilməsini həyata keçirməkdir. Üçüncüsü, Azərbaycan tərəfinin öz ərazisində terrorçu fəaliyyətilərini zərərsizləşdirmək kimi səlahiyyəti var. Hazırda erməni tərəfi iddia edir ki, doyüşlər davam edir. Bu arada Ermənistan Prezidenti təcili müraciətlər edərək guya iki kəndin (Xtsaberd və Khin Taher) Azərbaycan ordusunun nəzarətinə keçdiyini bildirdi və ERM parlamentinin təcili iclasını çağırdı”.

Politoloq qeyd edib ki, buna qədər Azercellin bölgədə quruculuq işləri görən işçiləri güllə atəşinə tutuldu, Şuşa məscidini partlatmaq istədilər, əsgəri oğurlayıb, ağzına corab tıxayaraq öldürdülər və daha bir şəxsi - TT0Y sürücüsünü yolu azdığı və onlar tərəfə keçdiyi üçün öldürdülər:

“Azərbaycanın nə digər iki ölkənin 10 noyabr razılaşması “xalqların birgəyaşayış təminatı” pozulur. Təkcə Rusiya deyil, Ermənistan və hətta BMT QAK da məsuliyyət daşıyır ki, sabah sanskiyalaşdırılmış qərar hətta BMT çərçivəsində verilə bilər. Azərbaycan qurbanlara görə antiterror əməliyyatlarına (qeyri-rəsmi, terrorçulara qarşı rəsmi müharibə məlumatına ehtiyac yoxdur) başlaması tam haqqıdır. Hesab edirəm ki, Ermənistanda Qarabağ kartı artıq daxili hesablaşma məsələsinə çevrildiyi üçün hakimiyyət dəyişikliyinə qədər davam edəcək savaşa səbəb olacaq. Qarabağda erməni ordusu olmadığı üçün terrorçular yalnız meşədə gizlənən başıpozuq adamlardır. ASALA, Daşnaksütunun bölgəyə dönüşü artıq başladı deyə bilərik ki, bunun da arxasında Şimal, Cənub və əsasən Qərb ölkələrindən barmaq görmək mümkündür”.

Politoloq əlavə edib ki, Rusiyanın sülhməramlı missiyası və ya şəxsən cənab Putinin sözü Wargonzo layihəsinin müəllifi Peqov aldığı tezis əsasında baş verənləri Azərbaycan – Türkiyə birgəliyinin paraleli ilə 10 noyabr razılaşmasının şəxsi qarantoru Putinin verdiyi sözlər arasında müqayisə aparmağa cəhd edir: “ Məlumdur ki, cənab Ərdoğanın Bakıda şeir deməsi isti Güneyi daha da hərarətləndirdiyi kimi soyuq şimalı da qənimət silahlarla buz kəsdirib. Ona görə Hadrut tərxribatının maştabı çox geniş götürülüb ki. Putinin qərarlarının Azərbaycan və Türkiyə tərəfdən tapdandığı iddia edilsin. Layihə Qarabağda Donbası bütün əlamətlərə görə eyniləşdirir.
İddia edilir ki, Qarabağda əməliyyatların bərpa edilməsi barədə Rusiya MN rəsmi münasibəti də var. Zəmanətçilərin şəxsən Putinin və Rusiyanın olduğu bir anlaşmanı “kor şəkildə” pozması tərəfləri geridönüşü olmayan müharibəyə aparır. Bakı və Ankara Xankəndi və İrəvan yox, Moskva və rus qoşununa qarşı savaşmağa hazırdırmı? Yuxarıda sadalanan düşmən tərəfinin tezisləridir və bölgədə 2 min əsgərlə təmsil olunan Rusiyanın məqsədi onsuz da hadisələrə yüz faizlik nəzarət də deyildi, hansı ki, orda 3 min türk əsgəri və 30 min Azərbaycan əsgəri var,və ya olacaq. Donbas və Qarabağla bağlı müqayisə qüsurludur: Rusiyanın şəxsən tərəf olduğu münaqişə ilə Azərbaycanın təklifi sayəsində dəvət edildiyi münaqişə zonası ayrı – ayrı konfliktoloji xarakterə malikdir”.

Əziz Əlibəyli əlavə edib ki, baş verənlərin bütün məsuliyyəti Qarabağda gizlənən təxribatçılara- terrorçulara aiddir:

“Azərbaycan onların zərərsizləşdirilməsi istiqamətində bütün tərəflərin iştirakı ilə əməliyyat aparacaq. Hər təxribat texniki olaraq üç-beş kəndə Azərbaycan ordusunun birdəfəlik daxil olması deməkdir. Bu, eyni zamanda bölgədən sürətlə geriyə - İrəvana köç dalğasını sürətləndirir. Rusiya heç bir halda, əgər Azərbaycan vətəndaşlarına atılan gülləyə sipər ola bilmirsə, mütləq susacaq. Heç bir halda Putin erməni təxribatı ucbatından Azərbaycana keçən üç-beş kəndə görə Prezident Əliyevə zəng edəsi deyil. Bölgədə Türkiyə söz sahibidir və terrora qarşı böyük mübarizə təcrübəsi var, heç kəs, hətta İrəvan belə dar məqamda "Artsax"çıların arxasında dayanmayacaq. Nəticədə böyüyür və güclənirik”.