“Mustafa ilə küsülü deyilik”


Ötən gün Mustafa Sandalın keçmiş həyat yoldaşı Emina Yahoviç obyektivlərə tuş gəlib.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbulun Etiler səmitində görüntülənən serbiyalı müğənni ona ünvanlanan sualları cavablandırıb.

Pandemiya səbəbilə işlərinin axsadığını deyən Emina Mustafa ilə bağlı açıqlama verib.

“Bir müddət əvvəl Mustafa ilə küslü olduğumuz haqqında xəbərlər yayılmışdı. Lakin bu düzgün deyil. Onunla münasibətimiz yaxşıdır, küsülü deyilik” –deyə, o, bildirib.