Kürdoğlu: “Prezidentin əlini sıxıb, təşəkkür etmək istəyirəm”

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının qurtuluşu ilə bağlı təəssüratlarını “Sherg.az” la bölüşüb. O keçirdiyi hissləri belə ifadə edib:

“Atam Dilqəm Əsgərov Kəlbəcər rayonunda girov götürüləndə bir söz demişdim. O fikrimi təkrar edirəm: “Atamı erməni əsirliyindən azad edəcək, bir şəxs var. O da  Ali Baş Komandan İlham Əliyevdir”. Eşq olsun, Azərbaycan Respublikasının prezidentinə . Bu sevinci bizə yaşatdığına görə var olsun! Şəxsən əlini sıxıb, ona kişi kimi minnətdarlığımı bildirmək istəyirəm. Tək arzum budur”.