İtaliyanı yanımıza almağımız düzgün addımdır 

“Qarabağda tikinti işlərində türk şirkətlərindən sonra ən çox yer alan italyan şirkətləri olacaq”.

Bunu “Şərq”ə politoloq Əhəd Məmmədli deyib. Ekspert bildirib ki, son günlər italyan rəsmilərinin Bakıya səfərləri çoxalıb:

“Nəzərə alaq ki, İkinci Qarabağ müharibəsinə ermənilər dini don geyindirmək istəyirdilər. Belə məqamda xristianlığın mərkəzi sayılan İtaliyanı yanımıza almağımız düzgün addımdır. İtaliya İsraillə bərabər ən çox neft satdığımız ölkədir.

Roma isə katolik dünyasının mərkəzidir. Müsəlman Azərbaycan üçün katolik İtaliya ilə isti münasibətlər qurmaq önəmlidir. İtaliya kontinental Avropanın əsas ölkələrindəndir və Azərbaycana dost olmayan Fransanın tarixi rəqiblərindəndir. Avropada Fransaya qarşı İtaliyanı yanımıza almağımız yaxşı haldır”.