Kamil Zeynallı: "Başıma nə iş gəlirsə, gəlsin, əqidəmdən dönmərəm"

Bir ay müddətinə azadlıqdan məhrum edilən tanınmış məşqçi Kamil Zeynallı bu haqda açıqlama verib.

“Sherg.az”ın məlumatına görə idmançıxının sözlərini onun rəsmi səhifəsində paylaşılıb. K.Zeynalı həbsi barədə bunları söyləyib:

“Ali Baş Komandanımızı da, dövlətimi də, əsgərimi də, millətimi də sevirəm. Allah polislərimizin köməyi olsun. Başıma nə iş gəlsə də, nə qədər həbs olunsam da, öz əməlimdən dönməyəcəm.

Hər şey dövlət başçımıza, əsgərlərimizə, millətimizə qurban olsun. Allah içimizdə olan düşmənlərə lənət eləsin. Azadlığa çıxandan sonra yardımlara davam edəcəyik. Hər zaman prezidentmimizə, xalqımıza sədaqətli olmuşam.

Niyyətim dövlət başçımızın, xalqımızın yanında olmaq, dəstək verməkdir. Bu yolda başıma nə iş gəlirsə, gəlsin, əqidəmdən dönmərəm. Yaşasın Azərbaycan! Hər şey Vətən üçün! Mən Vətənimi sevirəm”.

Kamilin açıqlamasını paylaşan şəxs qeyd edib ki, onun həbsinin DİN-lə heç bir əlaqəsi yoxdur.