Türkiyə-Ukrayna anlaşması !- Strateji baxımdan önəmli hadisədir”

“Hər iki ölkə ilə hərbi əməkdaşlıq bizim üçün böyük əhəmiyyətə malikdir”


Azərbaycanla Ukrayna arasında münasibətlər hər zaman müsbət istiqamətdə inkişaf edib. Bu baxımdan qardaş ölkənin Ukrayna ilə ikitərəfli münasibətlərinin yaxşı olması, bu fonda işlərin görülməsi təqdirəlayiqdir.



Türkiyə ilə Ukrayna arasındakı müdafiə anlaşmasını müsbət dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Sherg.az”a bildirib ki, hər iki ölkə ilə hərbi əməkdaşlıq bizim üçün böyük əhəmiyyətə malikdir:
“Ukrayna Azərbaycanı özünə strateji əməkdaş seçib. Bu baxımdan keçmiş SSRİ Respublikaları birləşib öz səylərini əlaqələndirməlidirlər.
Ona görə də Türkiyənin Ukrayna kimi böyük bir dövlətlə əlaqələr yaratması yaxşı haldır. Hər iki ölkə arasındakı müdafiə anlaşması strateji baxımdan olduqca önəmli bir hadisədir”.