Müharibə bitən kimi hərbi əsirlər dərhal qaytarılmalıdır

“İstər Birinci Qarabağ savaşında, istərsə də ikinci savaşda düşmən tərəfindən əsir götürülən mülki və hərbi qulluqçulara fərq qoyula bilməz. Ermənistan tərəfi daha öncə əsir götürülənləri verməkdən boyun qaçıra bilməz. Onların saxlanılması cinayətdir”.


Bu sözləri beynəlxalq hüquq üzrə mütəxəssis Əlövsət Allahverdiyev “Şərq”ə açıqlamasında deyib. Ə.Allahverdiyev vurğulayıb ki, hərbi əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasında əsassız gecikmələrin olması Cenevrə Konvensiyalarına Əlavə I Protokolunun ciddi şəkildə pozulması kimi dəyərləndirilir:

“Aktiv hərbi əməliyyatlar bitdikdən sonra əsirləri təxirə salınmadan geri qaytarmaq üçün əsas öhdəlik bir sıra digər müqavilələrdə də tanınır. Çoxsaylı hərbi təlimatlarda (aktiv) döyüş əməliyyatları bitdikdən sonra əsir və məhkumları geri qaytarmaq öhdəliyi birmənalı göstərilir”.

Ə.Allahverdiyev əlavə edib ki, məhkumların geri göndərilməsində əsassız gecikmə çox sayda beynəlxalq humanitar hüquq normalarına ziddir və bu, cinayətdir:

"Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən bu qayda müdafiə olunur. Bir neçə dəfə Beynəlxalq Qızıl Xaç Komitəsi münaqişə aparan tərəfləri bu qaydaya hörmət etməyə çağırdı.

Məsələn, 1999-cu ildə 27-ci Beynəlxalq Konfrans tərəfindən qəbul edilmiş 2000-2003-cü illər üçün Fəaliyyət Planı, silahlı münaqişə tərəflərini bunları təmin etməyə çağırdı.

Hərbi əsirlər, məhkumlar lazımi məhkəmə qaydalarına riayət edilmədiyi təqdirdə, aktiv döyüşlər dayandırıldıqdan sonra təxirə salınmadan sərbəst buraxılır və ölkələrinə göndərilir. Girov götürməyin qadağan edilməsinə ciddi şəkildə əməl olunur.

Məhkumların və internatların tutulması Cenevrə Konvensiyası ilə tətbiq edilməsinin qadağan olunduğu əməllər hər hansı məqsədlə uzadılmır.

Buna görə də aktiv döyüş əməliyyatları bitən kimi dərhal əsirlərin qaytarılması təmin olunmalıdır, yəni bu proses uzana bilməz”.