"Özünüzü qoruyun"

Xalq artisti Firəngiz Mütəllimova sevənlərinə müraciət etdi

Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkələrin aktiv istifadəçisi olan simalarındandır.

O, instaqram səhifəsində zaman-zaman paylaşımlar edərək izləyicilərinə tövsiyələrini, məsləhətlərini çatdırır. Sənətkar bu dəfə onu sevib hörmət edənlərə koronavirus infeksiyasından qorunmalarını tövsiyə edib:

"Karantin günlərində koronavirusa qarşı necə mübarizə aparırsınız?

Əzizlərim, mən bütün qaydalara düzgün riayət etməyə çalışıram. Artıq tanıdığımız şəxslərin infeksiyaya yoluxduğunun şahidi oluruq. Hər qaranlıq gecənin bir işıqlı sabahı var.

Bu da keçib, gedəcək. Özünüzü qoruyun. O zaman özünüzlə bərabər bütün sevdiklərinizi də qorumuş olacaqsınız".