“...Mehri və Zəngəzuru tam nəzarətə götürəcəyik”

“Hətta Ermənistanın Qoris (Gorus) rayonunun mərkəzinə və hava limanına yaxınlaşacağıq. Qoris nəzarətimizdə olacaq"

“Zəngəzur mahalının Qafan rayonunda bəzi yüksəkliklərin və 13 kəndə yaxın mövqelərin Azərbaycana təhvil verilməsi çox önəmli idi”


 “Ermənilər yaranmış fürsətdən istifadə edərək bəzi bölgələrdə dövlət sərhədlərini xeyli qabağa çəkməyə cəhd ediblər”. 
Bu barədə “Sherg.az”a açıqlamasında “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib. 
Ekspert bildirib ki, qanuni dövlət sərhədlərinin bərpa olunmasında prinsipial mövqe sərgilənməli, zərrə qədər güzəştə getməməliyik:


“Kəlbəcər qızıl yatağında, Zəngilan və Qubadlıda, Ermənistan sərhədinə yaxın bölgələrdə mövqelərimizin ələ keçirilməsi yolverilməz idi. Sevindirici haldır ki, düşmənin hiyləsi vaxtında müəyyən edildi və erməni silahlıları torpaqlarımızdan, bizim üçün strateji əhəmiyyət kəsb edən ərazilərdən çıxarıldı. İti evinə qədər qovmaq lazımdır. Zəngəzur mahalının Qafan rayonunda bəzi yüksəkliklərin və 13 kəndə yaxın mövqelərin Azərbaycana təhvil verilməsi çox önəmli idi. Bundan sonra Mehri və Zəngəzuru tam nəzarətə götürəcəyik. Hətta Ermənistanın Qoris (Gorus) rayonunun mərkəzinə və hava limanına yaxınlaşacağıq. Qoris nəzarətimizdə olacaq".

Analitikə görə, bunlar Zəngəzur hədəfimizə və ümumən tarixi torpaqlarımıza qayıdışın ilk addımıdır:

"Xankəndi, Xocalı və Xocavənd rayonları ilə bağlı da eyni prinsipallığı gözləyirik. Eyni zamanda Qazağın 7 kəndi və Naçxıvanın Kərki kəndi də mütləq ermənilərdən geri alınmalıdır. Ermənilər harda sərhədi qabağa çəkirsə, deməli həmin bölgələr strateji əhəmiyyətə malikdir”.