Uitni Hyustonun həyatı film olacaq

Məşhur müğənni Uitni Hyustonun həyatından bəhs edən film çəkiləcək.
Axşam.az xarici KİV-nə istinadən xəbər verir, ekran işi ifaçının “I Wanna Dance with Somebody” mahnısı ilə eyni adı daşıyacaq.

Filmin 2022-ci ilin payızında təqdim olunması planlaşdırılır.

Ekran işinin rejissorluğunu Stella Meqi edəcək. “I Wanna Dance with Somebody”də Hyustonu aktria Naomi Ekki canlandıracaq.