Ermənistan yeni texnologiyalar axtarışındadır: Məşhur siqaret şirkəti 10 milyon dollar yatırım edib

"Ermənistan yeni texnologiyalar üçün investisiya axtarışındadır.  ABŞ-ın məşhur siqaret şirkəti Ermənistanda "tüstüsüz" texnologiyalara ciddi yatırım edib". 

Bu sözləri şəxsi feysbuk səhifəsində Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yazıb. O bildirib ki, Ermənistanın Yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan PMİ Science Elmi Tədqiqat Mərkəzinin qurulması və fəaliyyəti üçün 10 milyon dollar investisiya aldıqlarını açıqlayıb:



"İnvestisiyanı isə Sinqapur və İsveçrədən sonra 3-cü ölkədə bu tip mərkəz quran,  siqaret istehsalı üzrə məşhur olan Philip Morris şirkəti yatırıb. Gələn il daha 8 milyon dollar yatırım nəzərdə tutulub. Tədqiqat Mərkəzi universitet-biznes əməkdaşlığını gücləndirmək məqsədilə ,  tələbələrin və alimlərin tədqiqat layihələrində daha effektiv çalışmaları üçün  Ermənistanın Politexnik Universitetinin ərazisində yaradılıb .

O. Gündüz vurğulayıb ki, əsasən Data Science, süni intellekt, elektronika və texnologiyalar sahəsində araşdırmalar aparılması və layihələrin işlənməsi nəzərdə tutulur.