“Gözlərimə baxanda gözlərinin içi gülür, necə sevməyim” - Barış etiraf edib

"Suvivor 2020" yarışmasındakı performansı ilə adından söz etdirən Barış Murat Yağcı şəxsi həyatı ilə gündəmə gəlib.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, 29 yaşlı Barış uzun müddətdir eşq yaşadığı Nisa Bölükbaşı ilə sevgili olduğunu artıq gizlətmir. O, sosial media hesabında “Gözlərimə baxanda gözlərinin içi gülür, necə sevməyim ” sözlərini yazaraq sevgilisi Nisa ilə birlikdə fotosunu paylaşıb.

Qeyd edək ki, tez-tez birlikdə görüntülənən cütlük hər zaman sevgili olduqlarını inkar edirdi. Onlar "Suvivor 2020"-də tanış olublar.