Prezidentə TƏBRİK... !- “Onun haqqında deyəcəyim yeganə epitet “xilaskar”dır”

“Dövlət başçısı  prezidentlikdən də, Ali Baş Komandanlıqdan da daha mühüm bir vəzifəni-xilaskarlıq missiyasını yerinə yetirib”

“Nə indi, nə də gələcəkdə ona bir alternativ görürəm. İlham Əliyev bütün parametrlərdə liderdir”


Sabah Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. 2003-cü ildən dövlət başçısı vəzifəsini icra edən İlham Əliyev bu illər ərzində daim Ümumilli lider Heydər Əliyevin siyasi yoluna sadiq olub. Məhz İlham Əliyevin hakimiyyəti dövründə ən müxtəlif sahələrdə həyata keçirilən uğurlu islahatlar, əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, ən yeni Azərbaycan tarixində yeni bir səhifə açılıb- Qızıl səhifə!

Təəsadüfi deyil ki, Azərbaycan indi beynəlxalq statistikalarda öncüllərdən biri, iri dünya dövlətlərinin tanıdığı, hesablaşdığı ölkələrdəndir. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi zəfər isə, heç şübhəsiz, Prezidentimizin bu xalq, bu millət üçün gördüyü ən mühüm işlərdən biridir. Həmişə olduğu kimi indi də xalq Prezidenti dəstəkləyir. Xalq-dövlət tandemi nümunəsini dünyaya nümayiş etdiririk.



Şair, yazıçı Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu “Sherg.az”a açıqlamasında dövlət başçısını ad günü münasibətilə belə təbrik edib: 

“Əminəm ki, Prezidentimiz barədə bütün əhalinin fikirləri aşağı-yuxarı eynidir. Dövlət başçısı Azərbaycan tarixini qızıl hərflərlə dünya tarixinə yazan həm lider, həm də sərkərdədir. O, çox mühüm bir tarixi missiyasını yerinə yetirib. Təsəvvür edin, mən indiyədək bu qələbənin mahiyyətini tam dərk edə bilmirəm. İnsana yuxu kimi gəlir. Şübhəsiz, əldə etdiyimiz qələbə 44 günün uğuru deyil.

Bu zəfərin ən azı 17 yaşı var. Yəni 2003-cü ildən etibarən hər gün bu qələbəyə daha çox yaxınlaşırdıq. Hələ Ümumilli lider Heydər Əliyevin hakimiyyət dövrünü demirəm. Əlbəttə, təməli məhz Ulu öndər qoymuşdu. H.Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamının müqəddəsliyini başa düşmək də çətin idi.

Amma indi azərbaycanlı olduğumla qürur duyuram. Prezidentin ona dərs iddiası ilə gələn ermənipərəst jurnalistlərə dərs keçməsi hər bir həmvətənimiz kimi, məni də qürurlandırır.

Nə yaxşı ki, biz Prezident İlham Əliyevlə eyni millətə məxsusuq. Onun haqqında işlədə biləcəyim yeganə epitet “xilaskar”dır. Çünki dövlət başçısı, həqiqətən, prezidentlikdən də, Ali Baş Komandanlıqdan da daha mühüm bir vəzifəni-xilaskarlıq missiyasını yerinə yetirib. Nə indi, nə də gələcəkdə ona bir alternativ görürəm.

İlham Əliyev bütün parametrlərdə liderdir. O, həm milli-mental ənənələrə bağlı, həm də ən müasir insandır. Lider olmaq üçün məhz bu keyfiyyətə ehtiyac var. Allah ona can sağlığı, ailəsinə xoşbəxtlik versin.

Çünki yarımçıq qalan problemlərimizi ancaq Prezident İlham Əliyev həll edə bilər. Bizim xoşbəxtliyimiz onun varlığına bağlıdır. Çünki xalq nə qədər güclü olsa da, qüdrətli sərkərdəsiz nəyəsə nail ola bilməz”.