Xalq artistindən Prezidentə təbrik: “İlham Əliyev yaxşı insandır...”

“Neçə illərdir doğum günlərini köçkünlərlə, qaçqınlarla qeyd edir”

“Bu gün də azad olunmuş torpaqlarımızdadır, əsgərlərimizlə bir yerdədir”

“Əlbəttə, doğum gününü ailəsi ilə də keçirə bilərdi. Lakin o, bunu etmədi , Qubadlı və Zəngilana yollandı” 


24 dekabr Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günüdür. Ömrünü xalqa həsr etmiş liderin 59 yaşı tamam olur.  Bu gün biz deyil, o bizə hədiyyə bəxş edir. İşğaldan azad olunmuş torpaqlara səfəri hər birimizi fərəhləndirir. Cənab Prezident yeni yaşını işğaldan azad olunan dədə-baba torpaqlarımızda əsgərlərimizlə birgə qarşılayır.

Bu mənada sosial şəbəkələrdə, eləcə də cəmiyyətdə və ölkə hüdudlarından kənarda Ali Baş Komandanımızın məhz bu əlamətdar addımından danışırlar. Ölkə başçısına arzu və təbriklərini çatdırırlar. 

Xalq artisti Rasim Balayev də qeyd edib ki, Prezident İlham Əliyev ağılagəlməz işlər gördü:

“Öz fəaliyyətini qızıl hərflərlə Azərbaycan tarixinə yazdı. İntellekti, ağlı, dünyadakı imici və müdrikliyi ilə tariximizdə bənzəri olmayan bir hadisəyə imza atdı. O yaxşı insandır, mahir siyasətçidir. Ən böyük Azərbaycanlıdır. Onun xidmətinin qarşısında söz tapıb, deyə bilmirəm. İllər, əsrlər keçəcək İlham Əliyev tarixdə qalacaq. Ona can sağlığı arzulayıram, işlərində uğurlar diləyirəm. O həm də sadə adamdır.

Neçə illərdir doğum günlərini köçkünlərlə, qaçqınlarla qeyd edir. Bu gün də azad olunmuş torpaqlarımızdadır. Əsgərlərimizlə bir yerdədir. Əlbəttə, doğum gününü ailəsi ilə də keçirə bilərdi. Əlbəttə, doğum gününü ailəsi ilə də keçirə bilərdi. Lakin o, bunu etmədi və Qubadlı və Zəngilana səfər etdi. Məlum addım da onun böyük insan olmasından xəbər verir. Qürur duyuram ki, belə Prezidentimiz var. Ona işlərində müvəfəqiyyətlər arzulayıram”.