Yaponiyada da COVİD-19-un yeni növü aşkar edildi – Qapanır ! 

Yaponiyada da koronavirusun daha sürətlə yayılan mutasiyaya uğramış növünə ilk yoluxma halları qeydə alınıb.
“Sherg.az” “Anadolu”  agetliyinə istinadən xəbər verir ki, Yaponiya Sağlıq, Çalışma və Rifah Nazirliyi ölkənin hava limanlarında karantin altında saxlanılan və İngiltərəyə səfərdən qayıtdıqları məlum olan 5 nəfərdə COVİD-19-un daha sürətlə yayılan növü aşkar edildiyini açıqlayıb. 
COVİD-19 virusu aşkarlanmış səyahətçilərdən götürülmüş nümunələr təkrar analiz edildikdə onların  İngiltərədə aşkarlanmış yeni növ virus daşıyıcısı olduğu müəyyənləşib. 5 nəfərdən 4-nün yaş həddinin 70-dən az olduğu, xəstəliyin isə asimptomatik (əlamətsiz) keçdiyi məlum olub. Qeyd edilir ki, Yaponiya  oturum izni olan əcnəbilər və öz vətəndaşları İngiltərədən ölkəyə gəlişə qadağa qoyub. İngiltərədə koronavirusun yeni növünün aşkar edilməsi ilə təkcə Yaponiya deyil, bir çox ölkələr, o cümlədən də Türkiyə bu ölkə ilə qarşılıqlı səfərlərə məhdudiyyətlər tətbiq edib.