COVİD-19 xəstəsinin boğulmasının 80 faiz səbəbi əslində psixolojidir - Həkim


“COVİD-19 səbəbindən bir çoxunda panik atak var. Müraciətlərin çoxunda baxırsan ki, bu pasientə əslində psixoloq yardımı lazımdır”.
 
Sherg.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim qeyd edib ki, koronavirus səbəbindən həyəcan, xəstəlikdən qorxu həddən artıq çoxalıb: “COVİD-19 xəstəsinin boğulmasının 80 faiz səbəbi əslində psixolojidir. Bilirsiz niyə? İnamsızlığa görə. İlk olaraq həkimlərə, səhiyyəmizə inanmırlar. Ateistlər də insanların olan qalan ümidini, təsəllisini məhv edib, beləcə Allaha da inanmırlar. Yaxınlarını itirənlər heç nə ilə təsəlli tapa bilmir. Hətta yaxınları ağır vəziyyətdə olanlar elə bilirlər COVİD-19 reanimasiyasından sağ çıxmaq təyyarə qəzasından sağ çıxmağa bənzəyir. Xəstələriniz hazırda reanimasiyadadırsa səbrli, təmkinli olun, və şad xəbərlər gələcəyinə inanın”.