Həkim: “Yeni ştamm Covid-19-dan 70 faiz çox yoluxdurur”

İsveçdə həkimlər “Britaniya ştammı”na ilk yoluxma hadisəsini qeydə alıblar.Bu barədə İsveçin səhiyyə idarəsinin nümayəndəsi Sara Büfors açıqlama verib. O Sedermanland əyalətində İngiltərədə tapılan virusun mutasiya edilmiş növünün aşkar edildiyini söyləyib.

S.Büforsanın sözlərinə görə, xəstə İngiltərədən gəlib, hazırda karantin altındadır və yaxınları arasında virusa yoluxan yoxdur. S.Büfors Böyük Britaniyadan İsveçə gələn hər kəsi koronavirus testindən keçməyə və təcrid olunmağa çağırıb. 

Yəni məsələ ciddidir. Koronavirusun mutasiyaya uğramış forması daha geniş yayılmağa başlayıb. 

Mövcud durumu "Sherg.az"a dəyərləndirən infeksionist-parazitoloq Vüqar Cavadzadə mövzu ilə bağlı bunları söyləyib:

"Bu ştamm COVİD-19-dan mutasiya olunmuş yeni tipdir. Avropanın bir çox ölkələrində müşahidə edilib. Başlanğıcı İngiltərədən götürülsə də, deyilir ki, digər ölkələrdən ora keçib. Yayılma sürəti və xəstəlik törətmə dərəcəsi yüksəkdir. Covid-19-dan 70 faiz çox yoluxdurucu xüsusiyyətə malikdir. Amma ölüm halları koronavirusda olduğu kimidir. Bir də yoluxanlar Covid-19-dan fərqli olaraq xəstəliyi yüngül keçirdirlər".