Məşhur model bir daha ana ola bilməyəcək

Bir müddət əvvəl yeni doğulan körpəsini itirən 34 yaşlı aparıcı-model Krissi Teygen bir daha ana ola bilməyəcəyini açıqlayıb.
Axşam.az xəbər verir ki, model bu barədə İntsaqram hesabında yazıb:

"Hamilə olmağı çox sevirəm. Lakin bir daha ola bilməyəcəyim üçün kədərlənirəm. Bəxtim gətirib ki, 2 gözəl övladım var və onlar sürətlə böyüyür".

Qeyd edək ki, Krissi müğənni Con Lecend ilə ailəlidir.