Hadisə və Kaan yenidən bir arada

2020-ci ilin ən çox danışılan cütlüyü Kaan və Hadisədən xəbər var.
Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, hər kəs onların evlilik xəbərini gözləyərkən cütlük ayrılıq qərarı almışdı.

2021-ci ilin ilk günlərində Hadisə sosial mediada səs-küylü paylaşım edib. Belə ki, o sevgilsinin evində çəkdirdiyi fotosunu İnstaqram hesabında paylaşıb.

Bundan sonra Hadisənin Kaana daha bir şans verdiyi və cütlüyün yenidən barışdığı məlum olub. Müğənninin paylaşımının şərh bölümünü bağlaması gözlərdən yayınmayıb.