Deputat şəhid ailələri və qaziləri ziyarət edib - Fotolar

Millət vəkili Elşad Mirbəşiroğlu Göygöl şəhərində şəhid ailələri və qaziləri ziyarət edib.

"Sherg.az" xəbər verir ki, deputat görüş zamanı onların qayğı və problemləri ilə maraqlanıb. 

Parlament üzvü görüş zamanı qürurverici anların yaşandığını deyib:

"Evində qonaq olduğumuz bütün şəhid yaxınları, qazilərimiz tərəddüdsüz "Vətən sağ olsun", "Yaşasın Ali Baş Komandan" deyərək milli həmrəyliyin təntənəsini növbəti dəfə bizə yaşatdılar. Kədərli olsalar da, keçirdikləri qürur hissi  ilə Azərbaycanın qalib xalq olduğunu bir daha sübut etdilər.

Bizə Zəfər hissini yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirəm. Yaralı qazilərimizə isə Allahdan şəfa diləyirəm". 

E.Mirbəşiroğlu vurğulayıb ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda etmiş bütün şəhid ailələri və qazilərimiz daim dövlətin diqqət və qayğısı altında olacaq.