Tolikdən CAVAB: “O qazinin danışması üçün hər şey edərəm”

Bir müddətdir ki, tanınmış aparıcı, prodüser Tarix Əliyevin Vətən müharibəsi qazisinə xitabı sosial şəbəkələrdə müzakirə olunur. Ona görə ki, Tolik ləqəbi ilə tanınan aparıcı İnstaqramda canlı yayım zamanı qazi Əli Dadaşova “kül başına” deyib.

O nitq  qabiliyyətini itirən Əliyə yenidən danışdığı təqdirdə “İphone” hədiyyə edəcəyini söyləyib. Lakin Tolikin qaziyə xitabən dediyi “kül başına” ifadəsi cəmiyyətdə, eləcə də sosial şəbəkələrdə etirazla qarşılanıb. İctimaiyyət haqlı olaraq prodüseri tənqid atəşinə tutub. 

“Sherg.az” xəbər verir ki, T.Əliyev İnstaqram səhifəsində ittihamlara cavab olaraq bunları yazıb:

“Allah qəlbləri görəndir. Bəlkə də kimsə həmini videoya görə düşünüb ki, ilk dəfədən Əli ilə belə danışmışam. Amma Allah şahiddir ki, Əli mənim üçün çox əzizdir, qardaşımdır. Onun danışması üçün hər şey edərəm.

O, 20 yaşında olmasına baxmayaraq  “Zil” markalı avtomobil sürüb, ailəsini dolandırıb”.