Röya şou aləmini bir-birinə vurdu ! - “Kimdə nə yoxdursa, ondan danışır” 

Tanınmış aktrisa Məlahət Abbasova xalq artisti Röya Ayxana  31 dekabrda təntənəli bayram qeyd etdiyi üçün kəskin  irad bildirib. O sosial şəbəkədə müğənninin ünvanına bu şərhi yazıb: 
"Elə bil ki, dekabrın 31-də şəhid analarına acıq verirdi. Hamı əlbəttə ki, evindədir. Gülür, danışır, öz aralarında Yeni ili təbrik edirlər. Amma evində rəqs edib paylaşmır. Bu eyibdir. Belə həssas bir vaxtda bu hərəkətin səni gözdən saldı. Həm də deyirsən ki, ağdamlıyam. Mahnıların yaxşı ola bilər, amma insanlığın yoxdur ".

M.Abbasovanın həmin rəyi şou-biznesdə birmənalı qarşılanmayıb. Aktrisanın fikirlərini dəstəkləyənlərlə yanaşı, onu tənqid edənlər də tapılıb. 

Aktyor, teleaparıcı Sərxan Kərimoğlu da M.Abbasovanı “top atəşi”nə tutanlardandır. 

“Sherg.az”  xəbər verir ki,  o İnstaqram səhifəsində paylaşım edərək M.Abbasovaya bu sözləri deyib:

“Məlahət və insanlıq dərsi ? 2009-cu ildə İstanbula köçdüm, orada evimə gələ-gələ evimi dağıtdın. Sənsən insanlıq dərsi keçən? "TRT Avaz"da mənə iş təklifi gəlmişdi. Ona imkan vermədin. Türkə ərə getdin, ailən pərişan oldu. Mənə gələn serial təklifini özünə çevirdin və çörəyimə 2-ci dəfə bais oldun. Sənsən insanlıq dərsi keçən? Bu nə zəmanədir?!

Kimdə nə yoxdursa ondan danışır. Məlahət Abbasova, ümumiyyətlə, Azərbaycan mədəniyyət və incəsənət cameəsindən danışmağa haqqın çatmır. Röya səhv edib, özü bilər. Qarışa bilmərəm. Çünki xalq və Röyanın arasındakı məsələdir. Səni kim qatdı söhbətin içinə?!”

Xatırladaq ki, bu  Röya və Məlahət Abbasovanın ilk qalmaqalı deyil. İllər öncə Röya Türkiyədə yayımlanan “Bəyaz şou”nun qonağı olanda aktrisa onu yalnız bir mahnı oxuduğu üçün tənqid edib. Sonra isə iradının Röyaya deyil, verlişin aparıcısına olduğunu söyləyib.