Ermənistan revanşa hazırlaşır ? – “Gücləri tükənib, amma...”

“Xocalıya, Əsgərana, Xankəndiyə ən azı 2-3 raket düşməlidir ki, düşmən ağlını başına yığsın”

“Kreml də Azərbaycanla zarafatın olmadığını anlasın. Əks halda təxribatlar davam edəcək”


Özü də XİN-in bəyanatı ilə yox, Müdafiə Nazirliyinin hərəkətliliyi ilə. Xocalıya, Əsgərana, Xankəndiyə ən azı 2-3 raket düşməlidir ki, düşmən ağlını başına yığsın.  Kreml də Azərbaycanla zarafatın olmadığını anlasın. Əks halda təxribatlar davam edəcək”.
Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Araik Arutunyanın bu yaxınlarda Xankəndiyə getməsi hələ də gündəm mövzusudur. Buna dair video da yayılıb. O, Xankəndidə olduğu zaman əsgərlərə yeni istehkamlar tikdidir, səngərlər hazırlatdırırdı. Müharibə bitəndən sonra belə bir addımın atılması beyinlərdə müxtəlif suallara yol açır. Bunlardan ən başlıcası isə düşmənin yeni müharibəyə hazırlaşması ilə bağlı iddialardır. 



“Ağ” Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bu barədə “Sherg.az”a danışarkən bildirib ki, onlar tam məğlub olmayanadək “qaşınacaqlar”: 

“Ermənilər Rusiyaya güvənirlər. Amma revanş cəhdinə hazır olmadıqlarını  və buna güclərinin qalmadığını da yaxşı bilirlər. Sadəcə bizim əsəblərimizlə oynayırlar. Rəsmi İrəvan tam “nokaut” olmayanadək ağ bayraq qaldırmayacaq.

Düzdür, 44 günlük müharibədə Kreml, belə demək mümkünsə, “qanlarınn arasına girdi”. Fəqət biz düşmənin öhdəsindən gəlməliyik.

Özü də XİN-in bəyanatı ilə yox, Müdafiə Nazirliyinin hərəkətliliyi ilə. Xocalıya, Əsgərana, Xankəndiyə ən azı 2-3 raket düşməlidir ki, düşmən ağlını başına yığsın. 

Kreml də Azərbaycanla zarafatın olmadığını anlasın. Əks halda təxribatlar davam edəcək”.