Növbəti erməni vəhşiliyi ! – Hərbçimizin meyitini yandırıblar ! - Hərəkətə keçildi !

“Əlbəttə, bütün bunlar beynəlxalq hüquqa ziddir”

 “Beynəlxalq qurumlar qarşısında məhkəmə sisteminin təşkil edilməsi ilə bağlı ölkəmizin tələbləri olacaq”


Əsir götülmüş azərbaycanlı hərbi qulluqçunun cəsədi erməni silahlı dəstələri tərəfindən yandırılıb. Bununla bağlı sosial şəbəkə və digər informasiya mənbələrində videolar yayılıb.  Azərbaycanda hərbçimizin meyitinin yandırılmasında iştirak edən erməni hərbçiləri barəsində cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluqdan bildirilib. Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlil zamanı həmin videogörüntünün reallığı əks etdirməsi müəyyən edilib.

Vurğulanır ki, hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlər görülür. Həmçinin, Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan hüquq mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş hərbi cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və dünya ictimaiyyətini məlumatlandırmağa çağırır.

Beynəlxalq hüquq və geosiyasıət üzrə professor Əmir Əliyev erməni vəhşiliyinin beynəlxalq müstəvidə ifşa olunması barədə “Sherg.az”a danışıb. Professor söyləyib ki, emənilər törətdiyi vəhşiliklər müharibə cinayətlərinin tərkib elementlərindən biridir:

“Meyitlər üzərində təhqirqamiz hərəkətlər, yandırılma, müxtəlif işgəncələr bu elementlərdən biridir. 1949-cu il Cenevrə Konvensiyasında həmin faktlar yer alıb. Əvvəllər də Azərbaycan Respublikası Baş Prokurorluğu ermənilərin törətdiyi vəhşiliklərlə bağlı müvafiq cinayət işi qaldırıb. Bu da onların tərkib hissələrindən biridir.

Artıq gələcəkdə beynəlxalq qurumlar qarşısında məhkəmə sisteminin təşkil edilməsi ilə bağlı ölkəmizin tələbləri olacaq. Onsuz da Ermənistan açıq şəkildə müharibə cinayətlərini edir.

Əlbəttə, bütün bunlar beynəlxalq hüquqa ziddir. Azərbaycan əsgərinin meyitinin yandırıraq sosial şəbəkələrdə yayıblar. Bu, beynəxalq humanitar hüquq normalarına meydan oxumaqdır.

Baş Prokurorluq tərəfindən faktlar yığılaraq müvafiq cinayət işi qaldırılıbsa, dövlətimiz beynəlxalq qurumlar qarşısında bu məsələni qaldıracaq”.