Sabun, diş məcunu, alma: Maska taxan eynəkli adamların karına gələcək


Koronavirusdan qorunmaq üçün maska taxmaq məcburidir. Artıq gündəlik üz maskaları həyatımızın bir parçasına çevrilməkdədir. Ancaq gözlük taxanlar üçün maska taxmaq daha çətindir. Çünki eynəyin şüşələri tez-tez nəmlənir.

"Şərq" türk mediasına istinadən xəbər verir ki, maska taxarkən eynək şüşələrinin nəmlənməsinin qarşısını almaq üçün müəyyən həll yolları var. Onlardan birincisi, gözlüyünüzü sabunlu su ilə yuyun və onun qurumasını gözləyin. Sabun eynək şüşəsində xüsusi təbəqə yaradaraq nəmlənmənin qarşısını alacaq. İkincisi, yaxşı təmizlədiyiniz eynəklərinizə qliserin tətbiq edin. Nəticədən çox təəccüblənəcəksiniz. Ən çox sevdiyimiz meyvə olan alma da bu baxımdan çox

uğurludur. Almanı eynəklərinizin şüşə hissələrinə sürtməklə artıq duman səbəbindən görünməyən eynəkləri bərpa etmək olar. Digər bir tövsiyə olunan üsul isə diş məcunudur. Linzanıza bir az diş məcunu sürtün və sonra linzaları onunla yaxşıca yuyun. Tamamilə quruduqdan və taxdıqdan sonra eynəklərinizdəki dumanın aradan qalxdığının şahidi olacaqsınız. Maskanızın içərisinə kağız dəsmal qoyaraq da, bu işi etmək mümkündür. Bir dəsmalı yarıya qatlayın və maska telinin olduğu hissəyə qoyun, beləliklə, dəsmal maskanızla burnunuz arasında olduğu zaman buxarlanma olmayacaq.