Polis mayoru koronavirusdan öldü


Azərbaycanda daha bir polis zabiti koronavirusdan (COVİD-19) vəfat edib.

Binəqədi rayonu 40-cı Polis Bölməsinin növbə rəisi, mayor Tofiq Səfərov koronavirusdan ölüb.

Qeyd edək ki, T.Səfərov 1966-cı ildə Xankəndidə doğulub (oxu.az).