Pərviz Bülbülə meyxanaya qayıtdı – Yeni deyişmə ! +VİDEO

Tanınmış meyxanaçı Pərviz Bülbülə meyxana aləminə geri dönüb. Uzun müddətdir məclislərdə meyxana deməyən söz ustadı sənət dostları Rəşad Dağlı, Balaəli Maştağalı, Ruslan Müşviqabadlı və Ağamirzə Məmmədovla bir araya gələrək, dost məclislərinin birində meyxana deyib.
“Sherg.az” xəbər verir ki, meyxanaçının həmin görüntüləri sosial şəbəkələrdə yayılıb. Meyxana  xiridarları Pərvizin dönüşünü sevinclə qarşılayıb.
 Məlumat üçün qeyd edək ki, Pərviz Bülbülə uzun müddətdir müğənni Türkan Vəlizadə ilə duet oxuyurdu.
Lakin o, aylardır meyxanaçı dostları ilə görüntülənir. Bu da “Pərviz Bülbülə meyxanaya qayıdırmı?” sualını gətirirdi.