Dəyişən bir şey olmayacaq

Sadəcə “WhatsApp”da illeqal etdiklərini leqallaşdıracaqlar

Bu, sıravi vətəndaşların təlaşlanacağı bir məsələ deyil. Bu, "böyük" iş adamları, siyasilərin çəkinə biləcəkləri məsələ ola bilər


Bildiyimiz kimi, “WhatsApp” messencerinin məxfilik siyasətində dəyişiklik edilib. Buna görə də bir sıra ölkələr, hətta qardaş Türkiyə vətəndaşlarına adıçəkilən messencerdən istifadədən imtinanı tövsiyə edib. Telefonundan “WhatsApp” tətbiqini birdəfəlik silən də oldu, xəbərin doğruluğuna şübhə ilə yanaşan da... Bəs əslində doğru olan nədir? 

Sualımızı cavablandıran internet texnologiyaları üzrə mütəxəssis Sənan Xudaverdi "Şərq"ə açıqlamasında bildirib ki, bəzi məsələlər var ki, akademik dildə başa düşülmür. Ekspert bildirib ki, bu məsələ onsuz da əvvəldən mövcud idi:

"Əgər diqqət etmişdinizsə, dost və ya tanışınızla danışdığınız bir məhsul və ya hadisəni, eyni gün ərzində sosial şəbəkələrdə reklam olaraq görürdük. Bunun səbəbi isə yəni məlumatların, avto dinləmə və ötürücü vasitəsi ilə sistemə işləməsidir. "Facebook"un qurucusu Mark Zuckerberg 2014-cü ildə19 milyard dollara "Whatsapp"ı aldı.

Bir neçə il əvvəl isə məhkəməyə çıxarıldı. Səbəbi isə insanların məlumatlarının 3-cü şəxslərlə paylaşması, yəni məlumatları özlərində yaddaşda saxlanılması və istifadə edilməsi idi. Yenə də dəyişən bir şey olmayacaq.

Sadəcə olaraq, illeqal etdiklərini leqallaşdıracaqlar. Bu, sıravi vətəndaşların təlaşlanacağı bir məsələ deyil. Bu, "böyük" iş adamları, siyasilərin çəkinə biləcəkləri məsələ ola bilər ki, təbii ki, bu da digər alternativlərlə həll ediləcək.

Ümumiyyətlə, bilmək lazımdır ki, sosial mediadan əgər istifadə edilirsə, məxfi məlumatların gizli saxlanılmasından heç bir söz gedə bilməz".