Xalq artisti darıxır – Kim üçün? 

Xalq artisti, aktrisa Firəngiz Mütəllimova İnstaqram səhifəsində tez-tez paylaşımlar edir. O,  güdəmdə baş verən hadisələrə öz münasibətini bildirir.
“Sherg.az” xəbər verir ki, sənətkar bu gün də karantin müddətindən yazıb:

“Artıq doğmalarım, dostlarım üçün çox darıxıram. Teatrımızın yenidən  açılmasını səbrsizliklə gözləyirəm. Amma gözə görünməz düşmən koronavirusdan özümüzü qorumalıyıq. İnsanlar bizi sevindirir, həyəcanlandırır, ağladır və güldürür.

Hazırda hamımızın bir möcüzəyə etiyacımız var. Möcüzəni isə yalnız Allah yaradır. Durmadan dua edək. Rəbbim tezliklə bizi bu bəladan xilas eləsin”.