İlham Mirzəyev: “...İnsanlara sağlığında qiymət verək"

Yanvarın 4-də dünyasını dəyişən bəstəkar Nailə Mirməmmədlinin ölümü ilə dostları barışa bilmir. Onunla xatirələrini yazıb, paylaşımlar edirlər.
Tanınmış aparıcı İlham Mirzəyev də mərhum sənətkarı unutmayıb.
“Sherg.az” xəbər verir ki, o, bəstəkarın fotosunu paylaşaraq bunları yazıb:   

“Ay Nailə, inana bilmirəm ki, həyatda yoxsan. Nə qədər arzuların yarımçıq qaldı. Niyə tələsdin belə? Doğrudan da ölüm nə qədər yaxınmış, Allah. Bir göz qırpımında baxırsan ki, ürəyin istədiyi insan həyatda olmur.

Budur həyat? Budur insan? Zalım dünya bütün yaxşı insanları bir ucdan yerin altına doldurursan. Niyə axı?

Ey insanlar, amandır insanlara sağlığında qiymət verək. Dəyərləndirək, qəlb qırmayaq. Bir-birinizin qədrini bilin. Təhqir edib, ömrünü kəsməyin, qəlbini sındırmayın.

Yaxşılıq edin, bir-birinizə mənəvi dəstək olun ki, sonradan peşman olmayasınız. Allah sənə rəhmət eləsin, dəyərli bacım. Ürəyində özündən ağır dərd gəzdirən bacım, nur içində yat”.