Meyxanaçı dostları Vüqar Biləcərini yad etdilər – Video 

Yanvar ayının 12-də tanınmış meyxanaçılar Orxan Lökbatanlı, Vüqar Əbdülov, Pərviz Bülbülə və Balaəli Maştağalı “ARB” tv-də yayımlanan “Həmin Zaur” verlişində qonaq olublar.

“Sherg.az” xəbər verir ki, söz ustadaları mərhum meyxana sənətkarlarını unutmayıblar. Onlar Məşədibaba Aydəmirovun, Aydın Xırdalanlının xatirəsinə meyxana deyiblər. Bununla yanaşı meyxanaçılar 2020-nin avqust ayında dünyasını dəyişən, 32 yaşlı şair, söz sənətkarı Vüqar Biləcərini də yada salıblar.