Qalmaqal BÖYÜYÜR: “Üzümə yaxşı, arxada başqa danışırsa...”

Tacir Şahmalıoğlu: “O, məndə səhv tuta bilməz. Kişilərin estetik etdirməsi haqqında düşüncələrimdə də haqlıyam”

“Kişi niyə estetik elətdirməldir ki? Kişi dodağına silikon vurdurub,qaşını niyə alır ki?!”

“Estetik etdirən kişilər tanıyıram. Silikonlular da var ki, məclisdə utandığından danışa bilmir”


Müğənni Tacir Şahmalıoğlu ilə həmkarı Vüqar Muradov arasında qalmaqal  yaşanıb. T.Şahmalıoğlu “Bazar düzü” verlişinə açıqlamasında bildirib ki, kişilər estetik əməliyyat etdirməz, bu, kişiyə yaraşan addım deyil. 
T.Şahmalıoğlunun fikrinə həmin verlişdə qonaq olan müğənni Vüqar Muradov sərt reaksiya verib. O, həmkarının səhv danışdığını söyləyib:

““Kişiyə yaraşdırmıram” böyük və ağır sözdür. Mənim burnumda problem vardı, neçə dəfə də əzilmişdi. Ona görə əməliyyat olundum. Bundan əlavə də, 1.92 sm boyum var. Çəkim çox idi, qarnımın piylərini çıxartdırdım. Kim özünü necə rahat və xoşbəxt hiss edirsə, elə etməlidir. Kimisə qınamaq düzgün deyil.İndi də ayaq barmaqlarımda böyümə gedir. Əvvəl 45 sm ölçü ayaqqabı geyinirdim, indi 47 sm olub. Baş barmağım böyüdüyü üçün onu kəsdirəcəyəm”.

Tacir Şahmalıoğlu gənc ifaçının fikirləri haqqında “Sherg.az”a danışıb. O Vüqar Muradovla dostluq əlaqələrinin olduğunu vurğulayıb:

“Lakin üzümə yaxşı, arxada başqa danışırsa, özü bilər. O, məndə səhv tuta bilməz. Çünki heç vaxt səhv söz demirəm. Kişilərin estetik etdirməsi haqqında düşüncələrimdə də haqlıyam. 

Kişi niyə estetik elətdirməldir ki? Kişi dodağına silikon vurdurub,qaşını niyə alır ki? Ona görə dedim ki, kişiyə yaraşdırmıram. Öz fikimi bildirdim. Kiməsə söyləmirəm ki, niyə qaşını aldırıb, estetik əməliyyat etdirirsən? Ad çəkmirəm, sadəcə mənim düşüncəmdir. Onlara pis baxıram. Kiminsə şəxsi həyatına qarışa bilmərəm.

Nəyimə lazımdır? Yalnız həqiqəti səsləndirirəm. Düzdür zaman elə olub ki, indi həmin adamlara qiymət verirlər. Kişilərə isə az dəyər göstərilir. Əvvəllər belə deyildi. Xülasə, öz fikrimdə qalıram. Düşünürəm ki, estetik kişiyə yaraşmaz.

Bəlkə də həmin estetik əməliyyatı etdirənlər mənim haqqımda  mənfi danışarlar Amma Vallah çox  pis görünür. Onu da deyim ki, estetik etdirən kişilər tanıyıram.

Silikonlular da var ki, məclisdə utandığından danışa bilmir. Bunun da şahidi olmuşam”.