Messi Superkubok finalını buraxa bilər

Lionel Messi İspaniya Superkuboku finalında iştirak etməyə bilər.
Bu barədə AS “Barsa”nın baş məşqçisi Ronald Kumana istinadən məlumat yayıb.
“Messiyə gəldikdə isə, biz hələ bir neçə gün də gözləməliyik ki, Messinin oynayıb-oynaya bilməyəcəyini anlayaq”, - deyə baş məşqçi bildirib.
Qeyd edək ki, “Barselona” İspaniya Superkubokunun finalında “Real”-“Atletik” cütünün qalibi ilə qarşılaşacaq.