Poçettino: “Neymar – xüsusi oyunçudur”

PSJ klubunun baş məşqçisi Maurisio Poçettino “Marsel”lə qarşılaşmadan sonra komandanın hücumçusu Neymarın oyununu qiymətləndirib.
Bu barədə Sports.ru məlumat yayıb.
Braziliyalı 85-ci dəqiqədə qələbə qolunu vurub.
“Neymar xüsusi oyunçudur, mən onun üçün çox şadam. O, qələbə qolunu vurdu və mən bütün komandanın çıxışından razı qaldım”, - deyə M.Poçettino bildirib.