Evi icazəsiz tərk edən COVID-19 xəstələrinin sayı açıqland

Yaşadığı evi icazəsiz tərk edən koronavirus (COVID-19) xəstələrinin sayı açıqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ev şəraitində müalicə təyin edilən iki nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb və evə qaytarılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.