Almaniyada koronavirusa yoluxanların sayı 2 milyonu ötüb

Almaniyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 22 368 yoluxma halı qeydə alınıb, 1 113 nəfər vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə Almaniya Səhiyyə Nazirliyinin strukturuna daxil olan Robert Kox İnstitutu məlumat yayıb.
Almaniyada indiyə qədər COVID-19-a yoluxanların sayı 2 000 958 nəfərə çatıb.
Xəstəlikdən ölənlərin sayı 44 994 nəfərdir.