Gerçək hədəflər bəlli olur

Rus mediası Azərbaycanla Ermənistan arasında inşa ediləcək yolları və dəmir yolu layihələrini göstərən xəritəni öz səhifələrində yayımlayıb

"Xəritədə Azərbaycanla Türkiyə arasında qurulacaq əlaqə açıq şəkildə göstərilir. Yeni layihə Ermənistan və Rusiya ilə əlaqələri də əhatə edir"

Moskvada imzalanan müqaviləylə Türkiyə və Azərbaycan arasında quru əlaqəsinin leqallaşdırılması Ermənistanda böyük narahatçılığa səbəb olub. Türkiyənin milliyyet.com saytı xəbər verir ki, BBC-yə danışan erməni analitikləri Baş nazir Paşinyanın yenidən hədəf lövhəsində olduğunu söyləyərək, Rusiyanın Azərbaycanın tərəfini tutduğunu iddia ediblər. Ancaq rus qəzetində dərc olunan bir məqalədə Moskvanın Dağlıq Qarabağdakı əsl hədəf açıqca ortaya qoyulub.

Rusiyanın paytaxtı Moskva keçirilən zirvə görüşündə Türkiyə ilə Azərbaycanı birbaşa bağlayan xəritənin sərbəst buraxılması Dağlıq Qarabağ məsələsini  bir daha gündəmə çıxarıb. Rusiyanın "Kommersant" qəzeti isə Azərbaycanla Ermənistan arasında inşa ediləcək yolları və dəmir yolu layihələrini göstərən xəritəni öz səhifələrində yayımlayıb. Xəritədə Azərbaycanla Türkiyə arasında qurulacaq əlaqə açıq şəkildə göstərilir. Yeni layihə Ermənistan və Rusiya ilə əlaqələri də əhatə edir. 2020-ci ilin noyabrında məğlubiyyətini etiraf edən və işğal etdiyi ərazilərin əksəriyyətindən geri çəkilən Ermənistanda 11 yanvar zirvəsi yeni bir siyasi təlatümə səbəb olub.

Yerli media olan "Zhoghovurd" qəzeti isə müharibədən sonra Ermənistanda əlamətdar hadisələrin baş verdiyini və bəzi Milli Təhlükəsizlik Xidmətinin işçilərinin siyasətçilərin əmrlərini rədd etdiyini yazıb. Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın bir araya gəldiyi sammitin nəticələri Yerevanda böyük məyusluq yaradıb. BBC xəbər verir ki, Ermənistan 44 günlük Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən əsir götürülən əsgərlərin geri qaytarılması ilə bağlı Moskva sammitindən bir razılaşma gözləyirdi. Ermənistanın ilk ombudsmanı və Qanuni Şiddətə Qarşı Vətəndaş Cəmiyyəti Təşkilatının rəhbəri Larisa Alaverdyan "Yalnız müsbət hal danışıqların davam etməsidir. Danışıqlar olarsa, müharibə olmayacaq" deyib. 

"Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzi"nin rəhbəri Stepan Grigoryan isə bildirib ki, Ermənistanın ən böyük narahatlığı məhbusların və girovların azadlığa buraxılmamasıdır.

O qeyd edib ki, digər məsələlərin bizim üçün nə qədər vacib olduğunu söyləmək çətindir. BBC-yə danışan politoloq Stepan Grigoryan əlavə edib ki,  erməni tərəfi üçün digər bir vacib məsələ Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlara başlaması idi. Bu da baş vermədi. S.Qriqoryanın sözlərinə görə, vəziyyət Rusiya tərəfindən idarə olunur və Moskva hazırda çox güclü bir formada Azərbaycan tərəfindədir: "Bu gün Rusiya demək olar ki, Azərbaycan tərəfinə vasitəçilik edir. Buna təəccüblənirəm. Həm Vladimir Putin, həm də Xarici işlər naziri Sergey Lavrov bu istiqaməti tutdu". 

“Strateji və Texnoloji Analiz Mərkəzi”nin direktor müavini Konstantin Makiyenko "Rusiya ikinci Qarabağ müharibəsində necə uduzdu?" başlıqlı məqaləsində "Qarabağ müharibəsi" həm Rusiya, həm də Ermənistan üçün fəlakətlə sona çatdığını deyib: “Uğurlu vasitəçilik və sülhməramlıların yerləşdirilməsindən ibarət aldadıcı xarici siyasət zəfərinin incə pərdəsinin arxasında tezliklə acı bir həqiqət ortaya çıxacaq. Bunun əksinə olaraq, Türkiyənin nüfuzu və prestiji isə tamamilə müvəffəq bir şəkildə artıb". 

 Makiyenko yaxın beş ildə Rusiyanın Ermənistan tərəfindən belə tanınmayan "Dağlıq Qarabağ" rəhbərliyini ələ keçirə biləcəyini iddia edib. O, açılan yeni səhifədə ən böyük problemin Qarabağın status-kvosunun qorunması və möhkəmləndirilməsi olacağını vurğulayıb:

"Bu çözümün həlli rus diplomatiyasına və hərbi qüvvələrinə bağlı deyil. Bunun nəticəsini yalnız Rusiya və Türkiyə təyin edəcək. Türkiyə 10 illik müdafiə texnologiyasını müasir silahlarla yeniləyib.

Onların silahlı insansız hava vasitələri ilə Azərbaycan qələbə çaldı. Ermənilər üçün tək ümid yalnız yüksək texnologiya ilə təchiz edilmiş yeni bir ordu yaratmaqdır".