Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI

“Ölkədə tətbiq edilən son məhdudiyyətlər müsbət nəticələr göstərdi. Belə ki, müharibə zamanı infeksiyaya yoluxma hallarının sayında artım müşahidə olunurdu”.
Bu barədə Oxu.Az-a Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. 
O bildirib ki, Azərbaycan artıq koronavirus pandemiyasına qarşı mübarizənin növbəti mərhələsinə keçid edib:
“Gələn həftədən Azərbaycanda vaksinasiyaya başlanılacaq. Ölkəmizdə Çin istehsalı olan peyvəndlərdən istifadə ediləcək. Bu peyvəndlər həm də Türkiyədə də tədbiq ediləcək. Vaksinasiya məsələsində Türkiyə ilə əməkdaşlıq davam etdiriləcək. İki qardaş ölkə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, pandemiya ilə mübarizə çərçivəsində də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi”.