Qazaxıstanda Baş nazir təyin olunub


Qazaxıstan Respublikasının prezidenti Qasım-Jomard Tokayev Askar Maminin respublikanın Baş naziri təyin olunması haqqında fərman imzalayıb.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat verib.
Qeyd edək ki, bir qədər əvvəl ölkə parlamentinin aşağı palatası olan Məclisin deputatları səs çoxluğu ilə A.Maminin namizədliyini dəstəkləyiblər.