Gürcüstanda son sutkada koronavirusa 780 yoluxma qeydə alınıb, 17 nəfər ölüb


Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  780 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  247 805, ölənlərin sayı isə 2 933 nəfərə çatıb.

Virusa yoluxanlardan 232 993 nəfərin sağaldığı bildirilir