MN-də yaradılmış komissiyalarda “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur - Anar Eyvazov


Müdafiə Nazirliyinin tərkibində yaradılmış komissiya “veteran adı” və yaxud veteran kitabçasının verilməsi səlahiyyəti verilməyib.

Trend xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

Onun sözlərinə Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının üçün Müdafiə Nazirliyinin tərkibində yaradılmış komissiya “veteran adı” və yaxud veteran kitabçasının verilməsi səlahiyyəti verilməyib:

"Vətəndaşlarımızdan xahiş edirik ki, bu məqsədələ komissiyaya müraciət etməsinlər".