Hadisənin yeni imici çox bəyənildi - Foto

Produser Acun Ilıcalının “O Ses Türkiye Rap” yarışmasının münsiflər heyəti üzvü olan Hadisə xarici görünüşündə dəyişiklik edib.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, ifaşçı saçlarını sarı rəngə boyatdıraraq qısa kəsdirib.

Xarici görünüşdə etdiyi dəyişiklikdən sonra sosial media hesabında fotolarını paylaşan Hadisənin yeni imici çox bəyənilib. Onun fotosuna minlərlə bəyəni və şərh gəlib.

Qeyd edək ki, müğənninin münfis kürsüsündə əyləşdiyi “O Ses Türkiye Rap” yarışmasının “Exxen” kanalında yayımlanacağı deyilir.