Koronavirus yarasadan keçib - Çindən şok açıqlama


Koronavirusun (COVİD-19) ilk dəfə aşkarlandığı Çinin Uhan şəhərindən bütün dünyanın marağına səbəb olacaq açıqlama gəlib.
Axşam.az "Daily Mail"ə istinadən xəbər verir ki, Uhandakı laboratoriyada çalışan alimlər tədqiqatçılardan birinin 2017-ci ildə koronavirusa yoluxan yarasalarla bağlı mağarada nümunələr götürərkən uçan məməli tərəfindən dişləndiyini etiraf edib. 

Elm adamı yarasa dişlərinin onun rezin əlcəklərindən "iynə kimi" keçdiyini bildirib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət 10 nəfərlik heyət hazırda Uhanda tədqiqatlar aparır.