Azərbaycanda ümumilikdə 227696 nəfər COVID-19-a yoluxub, 3032 nəfər vəfat edib

Azərbaycanda indiyədək ümumilikdə 227 696 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, onlardan 216 720 nəfər müalicə olunaraq sağalıb, 3 032 nəfər vəfat edib, aktiv xəstə sayı 7 944 nəfərdir.